Bakıda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, paytaxtdakı 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Kamran Mahmudlu dünyasını dəyişib.
Bildirilib ki, o, qəfil vəfat edib.
Yaxınlarının sözlərinə görə, Kamranın səhhətində bundan əvvəl hər hansı ciddi problem müşahidə olunmayıb.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.
Sözügedən şəxsin fotosunu təqdim edirik.
Murad İsmayıl
Bakı 





