Bu gün Dəməşqdə devrilmiş Suriya prezidenti Bəşər Əsəd rejimi ilə əlaqəli vəzifəli şəxslərin ilk açıq məhkəməsi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, Əsədin dövründə Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik xidmətinə rəhbərlik etmiş və eyni zamanda keçmiş prezidentin əmisi oğlu, Suriya Ordusunun keçmiş briqada generalı Atef Nəcib "Suriya xalqına qarşı cinayətlər" ittihamlarına cavab vermək üçün məhkəmə qarşısına çıxıb.
Nəcib bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bu iş Əsədin təhlükəsizlik qüvvələrinin repressiyalarına qarşı kütləvi etirazların katalizatoruna çevrilib.
Zeynəb Rzayeva
Bakı 




