q
  • Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı

CƏMİYYƏT

26 Aprel 2026 | 11:20

Azərbaycanlı aktyor yıxılıb ayağını sındırdı

Tanınmış aktyor Elşən Hacıbabayev bədbəxt hadisə ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçinin yaxın çevrəsi məlumat yayıb. Bildirilir ki, aktyor məşqdən sonra səhhətində qəfil problem yaşayıb və təzyiqinin düşməsi nəticəsində müvazinətini itirərək yerə yıxılıb.

Yıxılma zamanı aldığı zərbə ciddi olub. Nəticədə Elşən Hacıbabayevin ayağı sınıb. Həkim müdaxiləsindən sonra onun ayağına gips qoyulub.

Hazırda aktyorun vəziyyətinin stabil olduğu bildirilir. /Musavat.com


SON XƏBƏRLƏR

25 Aprel 2026