q
  • Bakı 12° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Hərbçilərimiz təlimlər üçün Türkiyəyə getdilər

SİYASƏT

26 Aprel 2026 | 20:58

Hərbçilərimiz təlimlər üçün Türkiyəyə getdilər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES - 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. 

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES - 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.


SON XƏBƏRLƏR