• Bakı 12° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Xamenei: İran ABŞ və İsrailə qarşı müqavimət kursunu davam etdirəcək

DÜNYA

01 Aprel 2026 | 20:43

Xamenei: İran ABŞ və İsrailə qarşı müqavimət kursunu davam etdirəcək

İranın Ali rəhbəri Müctəba Xamenei İranın ABŞ və İsrailə qarşı müqavimət kursunun davam etdiriləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.

"Mən birmənalı şəkildə bəyan edirəm ki, İmam Xomeyni və həlak olmuş lider (Ayətullah Əli Xamenei - red.) tərəfindən əsası qoyulan İranın ardıcıl siyasəti ABŞ və İsrailin hərəkətlərinə müqavimətin davam etdirilməsindən ibarətdir", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.


SON XƏBƏRLƏR