• Bakı 13° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Damla bu səbəbdən efirlərə çıxmır

ŞOU

01 Aprel 2026 | 17:29

Damla bu səbəbdən efirlərə çıxmır

Müğənni Damla verilişlərdə az-az görünməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bildirib ki, son zamanlar daha seçici davranmağa başlayıb və bu da onun efirlərdən uzaq qalmasına səbəb olub:

"Çox seçici olmuşam. Verilişlərdə danışılan çayxana söhbətləri, yersiz müzakirələr, lazımsız mövzulara toxunmaq, efirdə bir-birini ağır şəkildə təhqir etmək və bu mövzuları sosial şəbəkədən efirə daşımaq məni bu qərara gətirib".

Damla əlavə edib ki, bu cür mühit onun sənətinə və şəxsi prinsiplərinə uyğun deyil. O, daha səviyyəli və məzmunlu layihələrdə yer almağa üstünlük verdiyini vurğulayıb.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi onun fikirləri ilə razılaşdığını bildirib.


SON XƏBƏRLƏR