• Bakı 12° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Azərbaycanlı qadın referi UEFA-dan təyinat alıb

İDMAN

01 Aprel 2026 | 16:23

Azərbaycanlı qadın referi UEFA-dan təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.


SON XƏBƏRLƏR