• Bakı 14° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Çində Əfqanıstan və Pakistan arasında danışıqlar təşkil olunub

DÜNYA

01 Aprel 2026 | 15:20

Çində Əfqanıstan və Pakistan arasında danışıqlar təşkil olunub

Əfqanıstan və Pakistan nümayəndələri Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəddəki münaqişənin həllinə dair danışıqlar aparırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Pakistanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Çinin Urumçi şəhərində keçirilən danışıqlar, daha əvvəl bu görüşə kömək etməsi xahişi ilə Çinə müraciət edən Əfqanıstanın təşəbbüsü ilə başlayıb", - qəzetin həmsöhbətləri bildiriblər.

Onların sözlərinə görə, xarici və daxili işlər nazirliklərinin nümayəndələrinin iştirak etdiyi Urumçidəki görüşün məqsədi sərhəddəki hərbi münaqişənin dayandırılması yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk addım kimi iki ölkə arasında ticarətin bərpasına çağırır.


SON XƏBƏRLƏR