"ABŞ İrandan çox tezliklə çıxacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp benzin qiymətlərinin artması ilə bağlı suala cavab olaraq bildirib.
O qeyd edib: “Mənim etməli olduğum tək şey İrandan çıxmaqdır, biz bunu çox tezliklə edəcəyik və yanacaq qiymətləri kəskin şəkildə aşağı düşəcək. Yəqin ki, iki, bəlkə də üç həftəyə İranı tərk edəcəyik”.
ABŞ prezidenti həmçinin İranla razılaşma əldə edilib-edilməməsinin əhəmiyyətsiz olduğunu bildirib: “Biz çox tezliklə gedəcəyik. Əgər Fransa və ya başqa bir ölkə neft və ya qaz istəyirsə, birbaşa Hörmüz boğazına gedəcək”.
Aydın Baxış
Bakı 




