• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Masazırda yolun çökməsinin SƏBƏBİ - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

01 Aprel 2026 | 15:57

Masazırda yolun çökməsinin SƏBƏBİ - FOTOLAR - YENİLƏNİB

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolun çökməsinin səbəbi məlum olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum müvafiq addımlar atır.

***

15:50

Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb.

Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.

Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir.


Masazırda yolun çökməsinin SƏBƏBİ - FOTOLAR - YENİLƏNİBMasazırda yolun çökməsinin SƏBƏBİ - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026