• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Pul siyasəti üzrə yeni qərar gözlənilir

İQTİSADİYYAT

01 Aprel 2026 | 10:52

Pul siyasəti üzrə yeni qərar gözlənilir

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il aprel ayının 2-də ictimaiyyətə açıqlanacaq.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıb ki, Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, bu ilin fevralın 4-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.


SON XƏBƏRLƏR

31 Mart 2026