İsrailin bölgədə davam edən hücumları nəticəsində Livanda 7 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik açıqlamasında bildirib ki, ilkin məlumata görə, İsrail Beyrutun Cnah məhəlləsinə hücum edib, beş nəfər ölüb, 21 nəfər yaralanıb.
Həmçinin qeyd edilib ki, İsrailin Beyrutun cənubundakı Xalde ərazisində bir nəqliyyat vasitəsini hədəf alan hücumu nəticəsində iki nəfər həlak olub, üç mülki şəxs yaralanıb.
Aydın Baxış
Bakı 




