• Bakı 12° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Gürcüstanda 108 nəfər saxlanıldı - Xüsusi əməliyyat

    DÜNYA

    01 Aprel 2026 | 16:18

    Gürcüstanda 108 nəfər saxlanıldı - Xüsusi əməliyyat

    Gürcüstan Daxili İşlər Nazirliyi narkotik maddələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Son 3 gün ərzində narkotik qaçaqmalçılığı ilə əlaqəli və onu dəstəkləyən 108 nəfər saxlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib.

    Məlum olub ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik maddələrin satışı ilə bağlı cinayətkar sxemdə iştirak edib.

    Hazırda istintaq araşdırması davam edir. Şübhəlilərə qarşı irəli sürülən ittihamlar sübuta yetirildiyi təqdirdə, onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.


    SON XƏBƏRLƏR