Cənubi Koreyadakı kiçik bir şəhər - Honqsonq qraflığının Eunha-myeon rayonu 17 ildən sonra ilk körpəsini qarşılayıb.
Bakıvaxtı.az xəbər verir ki, martın 19-da dünyaya gələn körpə kambocalı immiqrantın ailəsində doğulub.
Yeni doğulmuş körpənin şərəfinə əsas küçədə təbrik banneri də yerləşdirilib. Yerli hakimiyyət orqanları bu hadisəni son illərdə əhalisinin kəskin şəkildə azaldığı şəhər üçün "xüsusi hədiyyə" adlandırıblar.
Eyni zamanda, sakinlər başqa bir müsbət əlaməti qeyd ediblər: şəhərin yeganə məktəbinə dörd yeni şagird qəbul edilib və şagirdlərin ümumi sayı 17-yə çatıb.
Bakı 





