q
  • Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

CƏMİYYƏT

18 Aprel 2026 | 13:55

Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Binəqədi Tibb Mərkəzinin İnformasiya texnologiyaları şöbəsinə müdir təyin olunub.

Bakıvaxtı.az-ın "Unikal"a isitnadən məlumatına görə, bu vəzifəyə Vətən müharibəsi iştirakçısı, 29 yaşlı Rəşadət Yusifli gətirilib.

O bundan əvvəl Sumqayıt Tibb Mərkəzində eyni adlı şöbənin müdiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, R.Yusifli 2020-ci ilin sentyabr ayında könüllü olaraq Vətən müharibəsinə qatılıb və Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


SON XƏBƏRLƏR

17 Aprel 2026