Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərə hücumlarla bağlı müzakirələrin davam etdiyi bir vaxtda televiziyalardakı seriallara dair mübahisələr də yenidən gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu çərçivədə “NOW TV” kanalında yayımlanan “Yeraltı” serialının yayımının dayandırıldığı iddia olunub.
Məlumata görə, qərarın serialın məzmunu ilə bağlı ictimai tənqidlər fonunda verildiyi bildirilir.
İddialara görə, “Yeraltı” və digər bəzi kriminal mövzulu serialların yayım cədvəlindən çıxarıldığı qeyd edilib. Bu, tamaşaçılar arasında müzakirələrə səbəb olub.
Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı sosial media paylaşımında serialı tənqid edərək, onun yayımının dayandırıldığını iddia edib. O, kriminal məzmunlu istehsalların gənclərə mənfi təsir göstərdiyini bildirib və daha sərt nəzarət çağırışı edib.
Bakı 




