• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycan–Venesuela münasibətləri gücləndirilir

SİYASƏT

18 Aprel 2026 | 12:40 | Müəllif: Əli Hüseynov

Azərbaycan–Venesuela münasibətləri gücləndirilir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.

    Görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

    Hikmət Hacıyev Andrea Corao Faria ilə Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

    “Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə 2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində görüşməkdən məmnun oldum”, - Prezidentin köməkçisi əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Oktyabr 2026