• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bayramov ruandalı həmkarı ilə görüşdü

SİYASƏT

18 Aprel 2026 | 13:45

Bayramov ruandalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin gündəlikdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verəcəyinə dair inam ifadə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026