q
  • Bakı 12° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Azərbaycandan dəniz yolu ilə ixrac artdı

İQTİSADİYYAT

17 Aprel 2026 | 20:47

Azərbaycandan dəniz yolu ilə ixrac artdı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 456,7 milyon ABŞ dolları dəyərində 213,8 min ton yük daşınıb.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,2 milyon ABŞ dolları və ya 31,1%, həcm ifadəsində isə 493,9 min ton və ya 3,3 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 21,6 milyon ABŞ dolları dəyərində təqribən 32,8 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 5,1 milyon ABŞ dolları və ya 32,2%, həcm ifadəsində isə 2,5 min ton və ya 8,3% çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycana dəniz nəqliyyatı ilə 435,2 milyon ABŞ dolları dəyərində 181 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 32,7%, həcm ifadəsində isə 496,4 min ton və ya 3,7 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyon ton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21% azdır.


SON XƏBƏRLƏR