Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə bitib.
Bu nəticədən sonra “qartallar” 45 xalla 4-cü, "ağ-qaralar" isə 44 xalla 5-ci yerdədir.
Turun açılış oyununda “Turan Tovuz” “Araz-Naxçıvan”a 3 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.
Bakı 




