q
  • Bakı 15° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

"Fənərbağça" ilk transferini reallaşdırmaq üzrədir

İDMAN

17 May 2026 | 19:44

Fənərbağça ilk transferini reallaşdırmaq üzrədir

"Fənərbağça" rəhbərliyi Endryu Robertsonun transferində böyük irəliləyişə nail olub.

Bakıvaxtı.az "Offsideplus.az"-a istinadən xəbər verir ki, danışıqlarda hazırkı rəhbərlikdən Ertan Torunoğulları və Ömer Topbaş iştirak edib. Tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub.

Bu barədə "TRT Spor" məlumat yayıb.  Azad agent statusu daşıyan şotlandiyalı sol cinah müdafiəçisi İngiltərədən ayrılaraq karyerasında yeni səhifə açmaq niyyətindədir. Futbolçu Türkiyədə oynamaq variantına müsbət yanaşır. Robertsonun adı klubun yeni rəhbərliyinə təqdim olunacaq hesabatda da yer alacaq.


SON XƏBƏRLƏR