q
  • Bakı 15° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar

İDMAN

17 May 2026 | 19:37

Çelsidən Xabi Alonso ilə bağlı qərar

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, İspaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir.

"Onun bu təyinatı klubun zəngin təcrübəsinə, məşqçilik qabiliyyətinə, oyun fəlsəfəsinə, liderlik xüsusiyyətlərinə, xarakterinə və dürüstlüyünə olan inamını nümayiş etdirir. Sadalanan bu cəhətlər mütəxəssisin "Çelsi"nin növbəti inkişaf mərhələsinə rəhbərlik etməyə dəvət olunmasında həlledici amillər olub", - deyə London klubunun yaydığı bəyanatda qeyd olunur.

Qeyd edək ki, Alonsonun sonuncu iş yeri "Real Madrid" olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər sözügedən komandaya rəhbərlik edib. 


SON XƏBƏRLƏR