• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB

DÜNYA

03 Aprel 2026 | 00:25

Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB

ABŞ və İsrail hərbi hava qüvvələri İranın strateji əhəmiyyətli Kərəc şəhərində inşası davam edən və şərti adı B1 olan nəhəng körpüyə ikiqat zərbə endirib.

Bakıvaxtı.az “Fars”a istinadən xəbər verir ki, Tehranla Kərəc şəhərlərini birləşdirməli olan və tikintisi tamamlanmaq üzrə olan körpü hücum nəticəsində ciddi dağıntılara məruz qalıb.

Hadisə zamanı ən azı iki nəfərin həlak olduğu, çox sayda insanın yaralandığı bildirilir. Məlumata görə, ikinci zərbə xilasedicilər və tibbi heyət hadisə yerində yaralılara yardım göstərən zaman endirilib ki, bu da itkilərin artmasına səbəb olub.

Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar fonunda İranın infrastruktur obyektlərinə endirilən zərbələr ölkədə logistik və humanitar vəziyyəti daha da gərginləşdirib.

***

Hava zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026