ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi, istefada olan general-leytenant Kit Kelloq NATO-nu kəskin tənqid edib.
Bakıvaxtı.az “Fox News” telekanalına istinadən xəbər verir ki, general NATO müttəfiqlərinin hazırkı İran münaqişəsi ilə bağlı tutduğu mövqeni qorxaqlıq adlandırıb.
Kelloq bildirib ki, ABŞ mövcud tərəfdaşlıqları yenidən nəzərdən keçirməli və qətiyyətli addımlar atmağa hazır olan ölkələrlə yeni ittifaq qurmalıdır.
Qeyd edək ki, onun təklif etdiyi yeni hərbi blokda Yaponiya, Avstraliya, Polşa, Almaniya və Ukraynanın yer alması nəzərdə tutulur. Kelloq xüsusilə Ukraynanın özünü etibarlı müttəfiq kimi sübut etdiyini vurğulayıb. O, həmçinin NATO Nizamnaməsinin 13-cü maddəsini xatırladaraq, ABŞ-nin bir il əvvəldən rəsmi bildiriş verməklə blokdan çıxmaq hüququnun olduğunu qeyd edib.
Xatırladaq ki, Prezident Donald Tramp da bundan öncə NATO ölkələrini İrana qarşı hərbi əməliyyatlarda kömək etmədiyi üçün “kağız pələnglər” adlandırmış və ölkəsinin blokdan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
Bakı 




