Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Hücumun kim tərəfindən edildiyi məlum deyil.
Qeyd olunub ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində olan İtaliya kontingentindən heç kim xəsarət almayıb. Yalnız tikililərə cüzi ziyan dəyib.
Hazırda Livanda 1000-dən çox italyan hərbçi fəaliyyət göstərir.
Bakı 




