• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Özbəkistanlı futbolçu "Mançester Siti"nin ən yaxşısı seçildi

İDMAN

02 Aprel 2026 | 23:09

Özbəkistanlı futbolçu Mançester Sitinin ən yaxşısı seçildi

İngiltərənin "Mançester Siti" klubunda mart ayının ən yaxşı futbolçusunun adı rəsmi olaraq açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.

Azarkeşlər arasında keçirilən səsvermənin yekunlarına əsasən, komandanın heyətində çıxış edən özbəkistanlı gənc müdafiəçi Abdukodir Xusanov bu fəxri ada layiq görülüb. O, səsvermə mübarizəsində Rodri və Ceremi Doku kimi dünya ulduzlarını geridə qoymağı bacarıb.

Qeyd edək ki, bu, futbolçunun mövsüm ərzində qazandığı ikinci belə fərdi mükafatdır. O, bundan əvvəl yanvar ayında da azarkeşlər tərəfindən komandanın ən yaxşısı seçilmişdi.

Xatırladaq ki, 22 yaşlı oyunçu ötən ay ərzində "şəhərlilər"in heyətində ümumilikdə 6 rəsmi qarşılaşmada meydana çıxıb və inamlı oyunu ilə yadda qalıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026