ABŞ-nin İranın nüvə proqramına qarşı hərbi əməliyyatları problemi həll etməyəcək, davamlı monitorinq üçün şərait təmin etmək üçün diplomatiya lazımdır.
Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranda hər zaman gizli obyektlər olacaq. Mövcud materialların yerini, tədqiqatların necə aparıldığını və obyektləri yoxlamaq üçün beynəlxalq müşahidəçilərə ehtiyac var.
Fransa lideri xatırladıb ki, altı ay əvvəl ABŞ İranın nüvə proqramı məsələsinin həll olunduğunu bildirib. Lakin indi ABŞ prezidenti Donald Tramp hazırkı hərbi əməliyyatı yenidən Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyi kimi izah edir. Bu baxımdan İranla diplomatik və texniki danışıqlar üçün platforma yaradılmalıdır. Əks halda vəziyyət aylar və ya illər ərzində pisləşə bilər.
O, həmçinin İranın nüvə obyektlərinə nəzarətin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) himayəsi altında bərpa olunmasına çağırıb.
Gülşən Şərif
Bakı 




