• Bakı 14° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"

DÜNYA

02 Aprel 2026 | 15:29

Hörmüz boğazının güc yolu ilə açılması risklidir

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının məcburi şəkildə açılması üzrə hərbi əməliyyat ideyasını qeyri-real adlandırıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə boğazın yenidən açılmasına kömək etmək çağırışını şərh edərkən jurnalistlərə bildirib.

E.Makron qeyd edib ki, ABŞ tərəfindən vaxtaşırı səsləndirilən güc yolu ilə həll təklifləri Fransada dəstək tapmır: "Biz heç vaxt bu variantı dəstəkləməmişik, çünki onu qeyri-real hesab edirik".

Fransa Prezidenti əlavə edib ki, belə bir əməliyyat həddindən artıq çox vaxt tələb edər və gəmiçilik üçün ciddi risklər yaradardı: "Bu, uzun müddət çəkər və boğazdan keçən hər kəsi inqilab keşikçilərinin, eləcə də ballistik raketlərin təhlükəsinə məruz qoyardı".


SON XƏBƏRLƏR