Ötən ilin avqust ayında dünyasını dəyişən Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədovun kursantlıq illərinə aid nadir foto yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, şəkildə mərhum zabit xidmət yoldaşları ilə birgə əks olunub.
Məlumata görə, həmin fotodakı şəxslərdən biri, sırada 3-cü dayanan zabit - kapitan Qüdrət Məmmədov "Daşaltı" əməliyyatları zamanı itkin düşüb. Onun taleyi ilə bağlı axtarışlar uzun illərdir davam edir.
Qeyd edək ki, Rauf Əsədov ötən ilin 5 avqustunda iş başında infarkt keçirib. O, bir gün həkim nəzarətində qalsa da, bütün səylərə baxmadan dünyasını dəyişib.
Sözügedən görüntüləri təqdim edirik.
Murad İsmayıl
Bakı 





