• Bakı 16° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Sumqayıtda "KamAZ" YANDI - VİDEO

HADİSƏ

06 Mart 2024 | 08:24 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda "KamAZ" YANDI - VİDEO

Sumqayıtda yük avtomobili yanıb.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR