• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

900-ə yaxın məhbus edam edilib 

HADİSƏ

04 Aprel 2024 | 10:21

900-ə yaxın məhbus edam edilib

Ötən il İranda 853 məhbus edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı bildirib.  

Bu, son 8 ildə ən yüksək rəqəmdir.

Məlumata görə, sözügedən təşkilat İranda 2023-cü ildə ölkə həbsxanalarını kütləvi qətl yerinə çevirən edam dalğasını dayandırmaq üçün dünya ölkələrini addım atmağa çağırıb.

Araşdırmalar göstərir ki, İranda son bir ildə 481 edam cəzası narkotik cinayətləri ilə bağlı olub. Bu göstərici isə həmin ildə bütün edamların yarısından çoxunu əhatə edir.  

Beynəlxalq Əfv Təşkilatı eyni zamanda, İran hökumətini “Qadın, Həyat, Azadlıq” şüarı altında etirazlardan sonra ölüm cəzasını gücləndirməklə insanlarda qorxu yaratmaqda ittiham edib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR