• Bakı 23° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Kəlbəcərdə AĞIR QƏZA: ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB

HADİSƏ

03 May 2024 | 17:11

Kəlbəcərdə AĞIR QƏZA: ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB

Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Nəsibov Elvin İxtiyar oğlu

Vəzirzadə Xəzər Hilal oğlu

Babayev Mehman Cəfərqulu oğlu

Novruzov Müslüm Mürsəl oğlu

***

16:26

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

***

13:26

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili minik avtomobilli ilə toqquşub.

Qəzada 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026