• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Suaresi transfer etmək istəyirlər

İDMAN

31 Mart 2026 | 13:59

Suaresi transfer etmək istəyirlər

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Luis Suares İngiltərə təmsilçisi "Liverpul"a keçə bilər.

Bakıvaxtı.az "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı kolumbiyalı hücumçu ilə yaxından maraqlanır.

Mövsümün sonunda Lissabon komandasından ayrılacağı gözlənilən forvard "Nyukasl"ın da diqqət mərkəzindədir.

Xatırladaq ki, Luis Suares 2025-ci ildən "Sportinq"də çıxış edir. O, cari mövsüm bütün yarışlarda 42 oyuna 33 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.


SON XƏBƏRLƏR