• Bakı 26° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

SN-dən XƏBƏRDARLIQ: Quduzluq 100 faiz ölümcül xəstəlikdir

CƏMİYYƏT

29 Iyul 2026 | 15:31

SN-dən XƏBƏRDARLIQ: Quduzluq 100 faiz ölümcül xəstəlikdir

Quduzluq xəstəliyi üç mərhələdə inkişaf edir və klinik əlamətlər meydana çıxdıqdan sonra müalicə effekt vermir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib. 

Onun sözlərinə görə, xəstəliyin ilk mərhələsi adətən 24 saatdan 2-3 günə qədər davam edir.

“Bu dövrdə xəstədə 37-37,5 dərəcə hərarət müşahidə olunur. Əsas əlamətlər isə dişlənmiş nahiyədə qıcıqlanma, qaşınma və digər qeyri-spesifik reaksiyalardır”, – deyə Aytəkin Qurbanova bildirib.

Mütəxəssis qeyd edib ki, daha sonra xəstəliyin ikinci – oyanıqlıq mərhələsi başlayır.

“Bu mərhələdə xəstədə qeyri-adi davranışlar müşahidə edilir. Bəzən depressiv, bəzən isə aqressiv olur. Quduzluğun ən xarakterik əlamətləri hidrofobiya, yəni sudan qorxma və işıqdan qorxmadır. Əzələ spazmları səbəbindən xəstə su içə, qida qəbul edə və udquna bilmir. Bu mərhələ təxminən iki gün davam edə bilər”, – deyə o vurğulayıb.

Aytəkin Qurbanovanın sözlərinə görə, son mərhələdə iflic dövrü başlayır və xəstənin vəziyyəti daha da ağırlaşır.

“Bu mərhələdə hərarət 40 dərəcəyədək yüksəlir. Təəssüf ki, klinik əlamətlər başladıqdan sonra aparılan müalicə artıq effekt vermir və yalnız xəstənin əzablarını yüngülləşdirməyə yönəlmiş dəstək tədbirləri görülür.


“Hər hansı bir heyvan tərəfindən cüzi bir xəsarət və ya dişləmə baş verərsə, qorxmadan dərhal tibbi müəssisəsinə yaxınlaşıb vaksinasiya kursunu vaxtında həyata keçirməklə xəstəliyin baş verməməsindən yüz faiz sığortalanırıq. Əgər heyvan dişləmələri nəticəsində bu qədər müraciət olub və ölüm hadisəsi qeydə alınmayıbsa, deməli, vaksinasiya birmənalı şəkildə bu xəstəliyin qarşısını alır”, – deyə mütəxəssis əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026