• Bakı 26° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Azərbaycana təşəkkür edirəm - Erməni güləşçi

İDMAN

29 Iyul 2026 | 22:42

Azərbaycana təşəkkür edirəm - Erməni güləşçi

"Dünya çempionatını belə yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana təşəkkür edirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Janes Nazaryan deyib.

O bildirib ki, Bakıda onları yüksək səviyyədə qarşılayıblar:

"Əhvali-ruhiyyəmiz yüksək idi. Yarış çox yüksək səviyyədə keçdi, güclü iştirakçılar var idi. Düşünürəm ki, bu yarış bizi daha da motivasiya edəcək. Buna görə təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm. Rəqiblərim çox güclü idi. Deməzdim ki, zəif idilər, əksinə, çox yaxşı hazırlaşmışdılar. Ancaq mən daha yaxşı mübarizə apardım və yaxşı nəticə əldə etdim".

O bildirib ki, Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində yüksək qarşılanma oldu:

"Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026