• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yayın sevimlisi “buz” təhlükəli ola bilər

CƏMİYYƏT

29 Iyul 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Yayın sevimlisi “buz” təhlükəli ola bilər

Yay aylarında sərinləmək üçün istifadə edilən buzlu içkilər düzgün gigiyena qaydalarına əməl olunmadıqda sağlamlıq üçün risk yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xüsusilə çirkli su ilə hazırlanan, düzgün saxlanılmayan və əllə təmas edən buzlar xəstəlik riskini artırır.

Buz içkilərə əllə deyil, maşa və ya digər mətbəx avadanlıqları vasitəsilə əlavə edilməlidir. Həmçinin buz hazırlanarkən istifadə olunan suyun təmiz və etibarlı mənbədən olması, buz qablarının və hazırlama maşınlarının mütəmadi dezinfeksiya edilməsi vacibdir.

Sağlam olmayan buz istifadəsi qarın ağrısı, ürəkbulanma, qusma, ishal və maye itkisinə səbəb ola bilər./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR