“Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib:
“Daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir. Bərpası aparılan abidələr Xankəndi Dram teatrı, Lənkəran dairəvi qalası və Çıraq qaladır. Bərpası bitən abidə isə Kiçik Mərdəkan qəsridir”.
Bakı 



