• Bakı 26° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Netanyahu Zelenski ilə görüşdən imtina etdi

DÜNYA

29 Iyul 2026 | 18:19

Netanyahu Zelenski ilə görüşdən imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfərləri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti vəziyyətlə tanış olan iki mənbəyə istinadla məlumat yayıb.

“Görüş təklifi əvvəlcə İsrail Baş nazirinin ofisi tərəfindən irəli sürülüb. Zelenskinin ofisi danışıqlara hazır olduğunu təsdiqlədikdən sonra isə İsrail tərəfi əlaqəni kəsib. Daha sonra görüşdən imtina Netanyahunun sıx iş qrafiki ilə izah edilib.

Nəşrin digər mənbəsi isə iddia edir ki, görüş təşəbbüsü Ukrayna tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Netanyahu ofisi danışıqların keçirilməsi ilə bağlı müraciətə, ümumiyyətlə, cavab verməyib”, - məlumatda bildirilib.

Qeyd edək ki, təkbətək görüş baş tutmasa da, iki lider Lindsi Qrehemin vida mərasimindən öncə ayaqüstü söhbətləşiblər./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026