• Bakı 26° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib

DÜNYA

29 Iyul 2026 | 20:40

Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib

Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.

Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.

Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.

Təftiş orqanının qərarı ilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektin sahibinə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vaxt verilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026