Bu ilin ilk altı ayı ərzində respublika üzrə 23 min 293 heyvan dişləməsi, cırmaqlanması və tüpürcəklənməsi hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Aytəkin Qurbanova qurumun canlı yayımında məlumat verib.
Onun sözlərinə görə, xəsarət hallarının 85 faizi it və pişiklərin payına düşür: "Məlum heyvanlar tərəfindən 11 min 670, naməlum it və pişiklər tərəfindən isə 11 min 108 xəsarət hadisəsi baş verib. Qalan hallar canavar, çaqqal, tülkü, kirpi, at və iri buynuzlu heyvanlarla bağlı olub".
A.Qurbanova qeyd edib ki, ötən ilin müvafiq dövrü (22 min 235 hadisə) ilə müqayisədə bu ilin ilk altı ayında heyvan mənşəli xəsarət alanların sayı 1058 nəfər artıb.
Zeynəb Rzayeva
Bakı 



