• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi

HADİSƏ

22 Yanvar 2025 | 11:05

Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi

Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, ali təhsilli müəllim olan Şəbnəm “Siyəzən Broyler” ASC-də mühasib köməkçisi kimi çalışırmış. O, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub.

Şəbnəmlə qardaşının münasibətinin yaxşı olduğu, Səfərin axşam saatlarında bacısına qəfil hücum edərək onu qətlə yetirdiyi bildirilib. Hadisə ötən il avqustun 24-də, saat 22:30 radələrində qeydə alınıb.


Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildiŞəbnəmi qətlə yetirən qardaşına bu cəza verildiŞəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026