• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiyada bu hava limanlarının fəaliyyəti bərpa edildi - YENİLƏNİB

DÜNYA

11 Yanvar 2025 | 10:40

Rusiyada bu hava limanlarının fəaliyyəti bərpa edildi - YENİLƏNİB

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az "Rosaviasiya"ya istinadən xəbər verir.

“Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında Moskva vaxtı ilə 08:30-da (Bakı vaxtı ilə 09:30) təyyarələrin qəbuluna və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - idarənin teleqram kanalında bildirilib.

Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.

***

09:40

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bakıvaxtı.az bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.

Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026