• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Real"ın yeni hücumçu hədəfi

İDMAN

31 May 2022 | 19:34 | Müəllif: Subhan Mahmudov

"Real"ın yeni hücumçu hədəfi

"Real" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb

Bildirilib ki, Madrid klubunun hücumçuya marağı PSJ-nin futbolçusu Kilian Mbappenin "Real"a keçməkdən imtina etməsindən sonra daha da güclənib. Sterlinq İngiltərə millisinin Millətlər Liqasında iyunda keçiriləcək matçlarından sonra gələcəyi ilə bağlı qərar verəcəyini vurğulayıb.

27 yaşlı oyunçu ilə "Atletiko" , "Bavariya", "Barselona" və "Çelsi" də maraqlanır.(qol.az)

Qeyd edək ki, Sterlinq ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 17 qol vurub və 9 qolun ötürməsini verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026