Vyetnamın Quang Ninh əyalətində 34 yaşlı kişi şiddətli qarın ağrıları səbəbindən Hai Ha Rayon Tibb Mərkəzinə yerləşdirilib.
Bakıvaxtı.az "Sabah.com"a istinadən xəbər verir ki, müayinələr nəticəsində onun bağırsaqlarının deşilməsinə səbəb olan 30 sm uzunluğunda canlı ilanbalığına rast gəlinib.
Xəstənin simptomları o qədər ağrılı olub ki, xəstəxana işçiləri rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə xəstənin qarnında yad cisim, həmçinin bağırsaq perforasiyası və peritonit aşkarlanıb.
Vyetnamlı həkimlər bir müddət əvvəl gəncin mədəsindən bağırsaqlarını deşmiş 30 sm uzunluğundakı ilan balığını çıxararaq onun həyatını xilas ediblər.
Həkimlər ilan balığını çıxardıqdan sonra bağırsaqların nekrotik kolorektal bölməsini çıxarmağa başlayıblar.
Əməliyyat uğurlu keçib və xəstənin vəziyyəti stabilləşib.
34 yaşlı kişi iri ilan balığının qarnına necə girə biləcəyi sualına dəqiq cavab verə bilməyib. Həkimlər sürüşkən heyvanın anusdan sürünərək xəstənin bağırsaqlarına keçdiyini güman ediblər.
Hadisə dünya mətbuatında böyük marağa səbəb olub.
Günəş Mərd
Qarın ağrısı ilə xəstəxanaya getdi: 30 sm... - FOTO
HADİSƏ
22 Mart 2024 | 16:12


SON XƏBƏRLƏR
02 Oktyabr 2026
19:00
15:58
15:56















