• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Əkbər Əliyev VƏFAT ETDİ - FOTO

HADİSƏ

21 Aprel 2024 | 12:55 | Müəllif: Subhan Mahmudov

Əkbər Əliyev VƏFAT ETDİ - FOTO

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mərhumun yaxınları Metbuat.az-a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026