• Bakı 20° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Faciəli şəkildə ölən şəxs tələbə imiş - FOTO

HADİSƏ

21 May 2024 | 09:26

Faciəli şəkildə ölən şəxs tələbə imiş - FOTO

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə o, cərəyan vurmasından ölüb. Faciəli şəkildə ölən həmin şəxsin tələbə olduğu bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, İ. İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.

Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.


Faciəli şəkildə ölən şəxs tələbə imiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026