• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qarabağ"ın finaldakı rəqibi bəlli oldu

İDMAN

29 Aprel 2022 | 23:18

"Qarabağ"ın finaldakı rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adına aydınlıq gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Neftçi"ni məğlub edən "Zirə" həlledici qarşılaşmada "Qarabağ"ın rəqibi olub.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman qonbaqlar daha dəqiq (4:2) oynayaraq, finala adlayıb.

"Ağ-qaralar"dan Emin Mahmudov, Tiaqo Bezerra, "qartallar"dan Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov fərqləniblər.

"Neftçi"dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026