• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peskov: Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir

SİYASƏT

24 Avqust 2026 | 13:36 | Müəllif: Əli Hüseynov

Peskov: Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir

Əgər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyə artıq ehtiyacı yoxdursa, İrəvan müvafiq qərar qəbul etməkdə və təşkilatı tərk etməkdə sərbəstdir.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - o qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, ölkənin KTMT-dən xaric edilməsinə qərar verilərsə, bundan məmnun olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026