• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Oğuzda ev YANDI

HADİSƏ

05 Dekabr 2021 | 16:38

Oğuzda ev YANDI

Oğuzda fərdi yaşayış evi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün günorta saatlarında rayonun Padar kəndində, kənd sakini Leyla Bəxtiyar qızı Qasımovaya məxsus, ümumi sahəsi 88 kv/m olan, kürsülü birmərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və bir otaq içərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026