• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ

02 Yanvar 2023 | 13:04

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabını oğurlaması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026